fbpx

Sevda Rzayevaya yüksək vəzifə verildi



Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sevda Ramiz qızı Rzayeva Bakı Avrasiya Universiteti rektorunun əmri ilə BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.

BEY.AZ modern.az-a istinadən xəbər verir ki, S.Rzayeva yeni təyinatadək BAAU-da Tərcümə kafedrasının müdiri vəzifəsində çalışıb.

S.Rzayeva 1994-1998-ci illərdə Ali Diplomatiya Kollecinin Beynəlxalq münasibətlər fakültəsində bakalavriat, 1999-2001-ci illərdə Bakı Avrasiya Universitetinin Dilşünaslıq ixtisası üzrə magistr dərəcəsini alıb.

2001-ci ildə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun dissertanturasına qəbul olub. 2007-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Dosent” elmi adına layiq görülüb. 2022-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Fəxri fərman” ilə təltif edilib.

Təhsil sektorunda 27 ilə qədər iş təcrübəsi var. 1998-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

30-dan çox məqalənin, monoqrafiya, müxtəlif metodik vəsaitlər, fənn proqramlarının müəllifidir. Bir sıra beynəlxalq təlim, konfrans, simpozium, seminar iştiraksıdır.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin