Şeydayev Reynaldonun rekordunu təkrarladı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə vurduğu qolların sayını 22-yə çatdırıb.
Metbuat.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 27 yaşlı hücumçu bununla da Ağdam klubunun tarixinin rekordunu təkrarlayıb. O, bir mövsümdə vurulan qol sayında Reynaldoya çatıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarında “Qarabağ”ın heyətində bir mövsümdə hamıdan çox – 22 qol vuran braziliyalı legionerin rekordu 9 ildən sonra təkrarlanıb. Reynaldo 31 matça çıxdığı 2013-2014-cü il mövsümündə rəqib qapısına 22 dəfə yol tapıb.
Ramil Şeydayev mövsümün qalan iki turunda mütləq rekorda imza atmaq imkanına malikdir. Ondan iki top az vuran komanda yoldaşı Musa Qurbanlı da bu göstəricini təkrarlaya və ya keçə bilər.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şeydayev #Reynaldonun #rekordunu #təkrarladı