fbpx

Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı


“Azərbaycan Milli Elmlə Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır”.

BEY.AZ xəbər verir ki, bunu Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə təbrikində bildirib.

“Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən, xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk”, – Allahşükür Paşazadə bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu