fbpx

Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfərə dəvət edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Şeyxülislam A.Paşazadə Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq günü ilə bağlı keçən beynəlxalq konfransı xatırlayıb, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-ın Yuta ştatına builki səfərini yada salıb. Bildirib ki, ölkəmizin multikultural dəyərlərinin təşviqi baxımından həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz Yutanın ən böyük sərvətinin məhz onun qonaqpərvər, insanpərvər, mənəvi baxımdan zəngin insanlarının olduğunu məmnunluqla müşahidə ediblər.

Rüya tabirlerini burdan oku

Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirilməsində yaxından iştirak etməsini yüksək dəyərləndirən QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu fəaliyyəti – müqəddəs dəyər olan insan həyatının qorunması yönündə səyləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, bununla bağlı qonaqlara təşəkkürlərini bildirib.

Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dövlətimiz azad olunmuş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri həyata keçirir, işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış dini-mənəvi abidələrimizi, məscidlərlə yanaşı kilsələri və digər məbədləri bərpa edir. Yeri gəlmişkən, Şeyxülislam A. Paşazadə görüşdə iştirak edən yeni təyinat almış din xadimi – Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhərağa məscidinin imamı Mirabdulla Həsənlini qonaqlara təqdim edib.

Stirlinq Fondunun prezidenti cənab Edvard Rou səmimi qəbula görə Şeyxülislam A. Paşazadəyə minnətdarlığını ifadə edib, Azərbaycana hər bir səfərdən mənəvi zövq aldığını diqqətə çatdıran amerikalı qonaq ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb.

Şeyxülislam A.Paşazadəni Yuta ştatına bir daha səfər etməyə dəvət edən E.Rou QMİ sədrini bölgədə, postsovet məkanında, ümumən dünyada tanınan müdrik dini lider kimi səciyyələndirib.

E.Rou Şuşadakı məscidin bərpa olunaraq fəaliyyətini bərpa etməsini gözəl hadisə kimi dəyərləndirib və yeni imamı təbrik edib.

Sonda xatirə fotosu çəkilib.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şeyxülislam #Allahşükür #Paşazadə #ABŞa #səfərə #dəvət #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu