Şiddətli partlayış səsləri, silah zavodlarında yanğın…
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna sərhədindən 120 kilometr məsafədə yerləşən Kursk şəhərində partlayış səsləri eşidilib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. İddialara görə, partlayış səsləri bir neçə kilometr məsafədən eşidilib. Belqorod vilayətində isə silah-sursat anbarında yanğın baş verdiyi barədə məlumatlar yayılıb. Vilayətinin qubernatoru məlumatı təsdiq edib. Ukrayna ordusu da Kurskda partlayış, Belqorodda isə yanğın olduğu barədə məlumatları təsdiq edib. Hadisənin səbəbləri məlum deyilb.
Qeyd edək ki, iki gün əvvəl Rusiyanın Bryansk şəhərində neft bazasında yanğın baş vermişdi. Bir neçə gün əvvəl Rusiya tərəfi Ukraynanın ordusunun Bryansk şəhərini bombaladığına dair məlumat yaymışdı. Aprelin 21-də isə Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş vermişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.