fbpx

Silahı yerə qoyan ermənilərə amnistiya tətbiq edilə bilər

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycan Qarabağda silahı yerə qoyan erməni döyüşçülərə amnistiya tətbiq etməyi nəzərdə tutur”.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib.

“Hətta keçmiş hərbçi və yaraqlılar barəsində də, əgər onları belə adlandırmaq mümkündürsə, amnistiya tətbiq edilməsi və yaxud bu məsələnin gözdən keçirilməsi nəzərdə tutulur”, – deyə H.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Qarabağda bəzi erməni birləşmələri və zabitləri Bakının şərtlərini qəbul etməyəcəklərini və müqavimət göstərməyə davam edəcəklərini bəyan ediblər.

Prezidentin köməkçisi Azərbaycanın Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasını arzu etdiyini vurğulayıb. O, həmçinin xatırladıb ki, Azərbaycan bu gün Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Silahı #yerə #qoyan #ermənilərə #amnistiya #tətbiq #edilə #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu