Silahlarınızı yerə qoyun, əks halda Rusiya tarixinizi dəyişəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
”Dərhal silahlarınızı yerə qoyub və evlərinizə gedin. Bu tələbə əməl edən Ukrayna ordusunun bütün hərbçiləri sərbəst şəkildə döyüş bölgəsini tərk edib ailələrinin yanına qayıda biləcəklər”.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib. Rusiya prezidenti qeyd edib ki, mümkün qan tökülməsinə görə bütün məsuliyyət tamamilə Ukrayna ərazisində hökm sürən rejimin vicdanında olacaq. O, Ukrayna vətəndaşlarına müraciət edərək, Rusiyanın hərəkətlərini təhdidlərdən özünümüdafiə kimi adlandırıb.
“Nə qədər ağır olsa da, sizdən bunu başa düşmənizi xahiş edirəm və bu faciəvi səhifəni çevirmək və birlikdə irəliləmək üçün qarşılıqlı əlaqəyə çağırıram. Əgər kimsə bizə mane olmağa, ölkəmiz üçün, xalqımız üçün təhlükə yaratmağa cəhd edərsə, Rusiyanın cavabı özünü gözlətməyəcək və tarixinizi dəyişdirəcək, heç vaxt rastlaşmadığınız nəticələrə gətirib çıxaracaq hadisələrə sizi şahid edəcəkdir. Biz hadisələrin gedişində hər cür inkişafa hazırıq və ümid edirəm sözlərimi eşidəcəklər”,- deyə Putin əlavə edib.
Qeyd edək ki, Putinin bu açıqlamasından sonra ABŞ prezidenti Co Bayden yazılı müraciət edərək, Rusiyanı “qəsdən müharibəyə cəhd etdiyib üçün fəlakətə və insan tələfatına ” görə cavabdeh hesab edib və xəbərdarlıq edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.