fbpx

Silahlı Qüvvələri Günü münasibətilə regionlarda tədbirlər təşkil olunub

BEY.AZ informasiya agentliyi xəbər verir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbirlər keçirilib.

Dövlət Komitəsindən Metbuat.az-a bildirilib ki, Hacıqabul və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərində təşkil olunmuş tədbirdə Vətən müharibəsinin iştirakçıları, rayon idarə və müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərkəzlərin benefisiarları olan uşaqlar iştirak ediblər.

Tədbirlərdə çıxış edən natiqlər Silahlı Qüvvələrin yaranması tarixindən, Ordumuzun keçdiyi şərəfli yoldan danışıblar. Qazilər Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, əsgər və zabitlərin döyüşdə göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb, şəhidlərimizin şərəfli ömür yolunun gələcək nəsillər üçün hər zaman örnək olacağını diqqətə çatdırıblar.

Sonra Silahlı Qüvvələr Günü münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində uşaqların Şəhidlər xiyabanına ziyarəti təşkil edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin