Şimali Koreya Rusiyaya hərbi dəstəyini artırıb
Şimali Koreya lideri Kim Çen In ilə Rusiya prezidenti Vladimir Putin arasında ötən il silah ticarəti ilə bağlı keçirilən görüşdən sonra Pxenyanın Moskvaya silah dəstəyi 3 dəfə artıb.
BEY.AZ xəbər verir ki, “Wall Street Journal” belə iddia irəli sürüb. Nəşrin xəbərində Şimali Koreya ilə Rusiya arasındakı sərhəd qapısındakı dəmiryol hərəkətini göstərən peyk görüntüləri paylaşılıb. İki ölkə arasında dəmir yolu nəqliyyatının artdığı və Pxenyandan Rusiyaya göndərilən sursat dolu vaqonların Putin Kim Çen In görüşündən sonra üç dəfə artdığı iddia edilib. Xəbərdə iddia edilib ki, Pxenyan administrasiyası əvvəlcə Rusiyaya köhnə döyüş sursatları göndərdiyi halda, indi daha yeni və modernləşdirilmiş döyüş sursatı verir.
Cənubi Koreya rəsmiləri Şimali Koreyada təxminən 200 silah zavodunun tam gücü ilə işlədiyini və Rusiyanın Pxenyanın silah istehsalını dəstəkləmək üçün neft və avadanlıq yardımı etdiyini bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |