Şimali Koreyanın Cənuba göndərdiyi zibillər Prezident sarayına düşdü
Şimali Koreya Cənubi Koreya ərazisinə yeni zibil balonlarını göndərib.
BEY.AZ xəbər verir ki, zibil balonları Seula istiqamət alıb. Cənubi Koreya Şimaldan göndərilən zibillə dolu şarın havada partladığını və tullantıların paytaxt Seuldakı Prezident sarayının ərazisinə düşdüyünü açıqlayıb. Tullantılar təhlükəsiz şəkildə toplanıb. Hadisə Cənubi Koreyanın Baş Qərargahı ilə koordinasiyalı şəkildə izlənilib.
Qeyd edək ki, iki ölkə arasında tullantılarla bağlı gərginlik bir müddətdir davam edir. Cənubi Koreyada yaşayan qaçqınlar və Şimali Koreyadan olan fəallar Şimala Pxenyan administrasiyasını tənqid edən fikirlərin yer aldığı vərəqələrlə dolu böyük şarlar göndərmişdilər. Buna cavab olaraq Şimali Koreya Cənubi Koreyaya zibillə dolu 5 mindən çox şar göndərib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |