Şimali və Cənubi Koreya arasında “zibil balonu” davası
Şimali və Cənubi Koreya arasında “zibil balonu” davası yenidən qızışıb.
BEY.AZ bildirir ki, “Yonhap”ın məlumatına görə, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimalı Koreyanın bir-birinin ardınca ölkəyə zibil olan yüzlərlə şar göndərməyə davam etdiyi bildirilib.
Açıqlamada 3 gündür Cənubi Koreya torpaqlarına zibil olan şarların göndərildiyi, dünən gecədən bu gün səhərədək müxtəlif şəhərlərə 260-dan çox “zibil balonu”nun düşdüyü qeyd edilib. Atılan zibil balonlarından 140-nın paytaxt Seulun bəzi hissələrinə və yaxınlıqdakı Gyeonggi əyalətinə düşdüyü ifadə edilib.
Açıqlamada şarların əksəriyyətində kağız və plastik butulkaların olduğu və təhlükəli maddə aşkar edilmədiyi vurğulanıb.
Qeyd edək ki, iki ölkə arasında bu gərginlik aylardır davam edir. Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyada yaşayan fəallar Şimala Pxenyan administrasiyasını tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər. Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya zibil daşıyan 3 mindən çox şar göndərib.
İki ölkə arasında gərginliyə səbəb olan hava şarlarının tədarükü Şimali Koreya tərəfindən “ifadə azadlığı” olaraq qiymətləndirilir, Cənubi Koreya isə bu açıqlamanı pisləyib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |