Sınıqçı 2 yaşlı qızı masaj etdi, azyaşlı öldü
Biləsuvar rayonunda faciəvi hadisə baş verib.
BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |