fbpx

Şirin su ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görülür

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Su ehtiyatları ilə bağlı olan problem təsəvvür ediləndən daha ciddidir. İqlim dəyişikliyi həm də yağıntıların azalması ilə müşayiət olunur. Qonşu dövlətlərdən daxil olan çay suları azalır.

Paralel olaraq iqtisadiyyatın sürətli inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi suya olan tələbatı artırır. Bu baxımdan, ölkədə su mənbələri ilə bağlı yeni situasiya yaradır.

Ən böyük su mənbəyi-Kür çayı minimal həddə düşüb. Hazırda şirin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün tədbirlər görülür. İlk addımlardan biri kimi yeni su anbarlarının tikintisi, şirin su itkisinin qarşısının alınması oldu. İndi isə su mənbələrindən ödənişli istifadə mexanizmi tətbiq edilir. Məqsəd israfçılığın qarşısının alınması, qənaətlə istifadənin təşviq edilməsi, suların mühafizəsinin yaxşılaşdırılması, istifadə edilən suyun uçotunun aparılmasıdır. Proqrama əsasən, su təsərrüfatı qurumları özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcəklər.

Rüya tabirlerini burdan oku

Yeni qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək. Sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

İstifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi yenə də ödənişsiz olacaq.

Müşfiq Ələsgərli




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu