fbpx

Şirkətlər bu bankdan depozitləri geri çəkir

Rüya Yorumları burda


“Premium Bank” 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

BEY.AZ Apa-ya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində “Premium Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7% artaraq 5 milyon 673 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 5 milyon 112 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 5.6% azalaraq 10 milyon 298 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 7.9 milyon manata ( illik müqayisədə 9.1% az), qeyri-faiz xərcləri isə 12.7 milyon manata ( illik müqayisədə 14.7% az) bərabər olub. Beləliklə bank bu dövrdə 5 milyon 858 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21.5% çoxdur.

Bu ilin altı ayın bankın aktivləri kiçilib. Belə ki, cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5.5% və ya 37.8 milyon manat azalaraq 647 milyon 308 min manata enib. Cari ilin ilk 6 ayında “Premium Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 13 milyon manat azalaraq 471 milyon 853 min manata düşüb. Bankın kredit portfelində istehlak kreditləri 25.8 milyon manat ,biznes kreditləri 374.5 milyon manat, daşınmaz əmlak kreditləri isə 71.5 milyon manat təşkil edib.

Bu dövrdə “Premium Bank”ın cəmi öhdəlikləri 473 milyon 99 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6.8% və ya 34.7 milyon manat azdır. Hesabat dövründə bankda fiziki şəxslərin və hüquqi şəxslərin depozit portfeli azalıb. Belə ki, cari ilin iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 2.2% və ya 7.2 milyon manat azalaraq 323.7 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 33% və ya 31.6 milyon manat azalaraq 64.3 milyon manat təşkil edib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 10% və ya 38.8 milyon manat azalaraq 387.9 milyon manata enib.

Rüya tabirlerini burdan oku

2024-cü il iyul ayının 1-nə “Premium Bank” nın cəmi kapitalı ilin əvvəlinə nisbətən 1.7% və ya 3 milyon manat azalaraq 174 milyon 208 min manat təşkil edib.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu