Zimbabvedə qəribə olay yaşanıb. 40 aslanın yaşadığı “Matusadona” Milli Parkında itən uşaq 5 gün sonra sağ-salamat tapılıb.
BEY.AZ BAKU.WS-ə istinadla xəbər verir ki, park əməkdaşlarının sözlərinə görə Tinotenda Pudu adlı azyaşlı evindən 23 kilometr uzaqlıqda yerləşən parka daxil olub və bir daha oradan çıxmayıb.
O, 40 aslanın yaşadığı parkda hər gün müxtəlif bitkilər yeyərək sağ qala bilib. 5 gün keçdikdən sonra mühafizəçilər onun sağ qaldığını görüb və ailəsinə təhvil verib.
Onlar 8 yaşlı Tinotenda Pudunu ayaq izlərindən tapıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |