fbpx

Şirvanda brakonyerliyə qarşı reyd keçirilib, qanunsuz ov qurğuları məhv edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən keçən kanallarda ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə etməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az verilən məlumata görə, keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb.

Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi rezin təkərlər və kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb.

Rüya tabirlerini burdan oku

İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib.

Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb.
Həmçinin şöbə əməkdaşları həvəskar balıqçılarla da izahedici söhbətlər apararaq, bu cür üsullarla balıq ovlanmasının qanunla qadağan olunduğunu, belə hallarla qarşılaşdıqda mütləq qaydada Su Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə polis şöbəsinə məlumat vermələri tapşırılıb.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu