Şirvanda kardioloq qəfil vəfat etdi
Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib.
Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
BEY.AZ xəbər verir ki, məsələ ilə bağlı BEY.AZ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, həmin məlumat doğrudur:
“Həkim infarkt keçirib. O, təcili tibbi yardım vasitəsi ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həyata keçirilən bütün tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, kifayət qədər savadlı və işinin peşəkarı olan həkim idi. Allah rəhmət eləsin”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.