fbpx

Siyəzəndə ata və oğul dəmir yolundan oğurluq edib

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Siyəzən rayonunda ata və oğul dəmir yolundan oğurluq edib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərinin müxtəlif konstruksiyalarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Balaş Məmmədov və onun oğlu Seymur Məmmədovu saxlayıblar.

Rüya tabirlerini burdan oku

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər dəmir yolundan oğurluq edərkən elə iş başında yaxalanıblar. Həmin şəxslərin yaşadıqları evə baxış keçirilən zaman dəmir yoluna aid müxtəlif ehtiyyat hissələr aşkar edilib.

Qeyd edək ki, B.Məmmədov iki azyaşlı nəvəsini də bu işə cəlb edib.

Faktla bağlı araşdırmalar aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu