“Sizi televizora çəkdilər, qəhrəman oldunuz”
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, dünən Ukrayna xarici işlər naziri Dmitro Kuleba və rusiyalı həmkarı Sergey Lavrov Antalya şəhərində görüş keçirib.
Metbuat.az xəbər verir ki, 1 saat çəkən görüşdən sonra hər iki xarici işlər naziri mətbuat konfransı keçirib. Mətbuat konfransında Rusiya xarici işlər naziri Lavrovun jurnalistlərin sualına sərt cavabları diqqət çəkib.
Belə ki, ukraynalı jurnalistin “Krımda 200 krım-tatara əziyyət etdiniz. Bundan başqa, Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimovanı da həbs etdiniz. Elə bil ki, bu mövzuda yeni bir səviyyəyə keçmisiniz. Qadınları qaçırtmağa başlamısınız. Mənim jurnalist həmkarlarım Krımda nələr etmisiniz hamısını yaxşı bilirlər. Bunlar faktlardır. Nələr deyəcəksiniz?” sualına Lavrov belə cavab verib:
“Siz faktlardan danışırsınız. Mən başqa bir sözü işlətmək istəyirəm – feyk. Mənim millət vəkilinin qaçırılması ilə bağlı məlumatım yoxdur. Sizə deyim ki, Kiyev rejiminin millət vəkilləri itir. Hətta millət vəkili Şevçenko itib dünən. Tapa bilməmisiniz hələ? Deniks Kireyev dövlətə xəyanətdə öldürülüldü. Belə şəxsi məsələlərə daxil olsaq, insanı üsyana vadar edən çox şey görəcəyik. Bir hekayə taparaq gəlib ictimaiyyətə çatdırmaq, hətta bunu Türkiyədə etmək belə ciddi görüşdə düzgün deyil. Yenə də deyirəm, mənim belə bir məlumatım yoxdur. Sizi televizora çəkdilər, ölkənizin qəhrəman oldunuz. Bu qədər bəsdir”.
Qeyd edək ki, həmin mətbuat konfransında Sergey Lavrov Ukraynanın Mariupol şəhərində yerləşən doğum evinin bombalanması haqqında jurnalistlərin suallarını da sərt cavablandırıb.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.