“Skillwill” Azərbaycanda yerli əməkdaşlıqlar qurur və ölkədə onlayn təhsilə yanaşmanı dəyişir
“Skillwill” – onlayn təhsildə uğura imza atmış beynəlxalq neoakademiya – Azərbaycan bazarına daxil olduğunu elan etdi. İT təhsilini hər kəs üçün əlçatan etmək məqsədi ilə “Skillwill” Azərbaycana onlayn təhsilə yeni yanaşma gətirir və bu sahəyə marağı olanlara ən çox tələb olunan peşəni öyrədib uğurlu karyera yollarını açır.
Rəqəmsal savadlılığın artıq lüks deyil, təməl ehtiyac olduğu bir dövrdə “Skillwill” İT sahəsini onlayn öyrənmək üçün unikal təhsil modelini təqdim edir. Texniki bacarıqları, karyera yönümlü yumşaq bacarıqları və əvəzolunmaz “networking” imkanlarını əhatə edən yenilikçi üç komponentli təhsil modeli tələbələri təkcə biliklərlə deyil, texnologiyanın dinamik dünyasında inkişaf etmək üçün lazım olan alətlər, əlaqələr və özünəinamla da gücləndirir.
Tələbələrin karyera planlaşdırılması və inkişafı baxımından “Skillwill” 4 məşhur yerli şirkətlə – “MasSolutions”, “Kassam.az”, “Ekasaam.az” və “Cargonyx” ilə strateji tərəfdaşlığa daxil oldu. Bu əməkdaşlıqlar “Skillwill” kurslarında yüksək nəticə əldə edən məzunlara təhsildən işə keçidi asanlaşdıraraq əvəzolunmaz karyera perspektivlər ilə təmin etmək məqsədi daşıyır. “MasSolutions”, “Kassam.az”, “Ekasaam.az” və “Cargonyx” ilə tərəfdaşlıqlar vasitəsilə “Skillwill” “Sıfırdan Proqramlaşdırma” kursunu uğurla bitirən məzunları “Junior Web Developer” kimi inamla bu şirkətlərə tövsiyə edəcək və onları daim inkişaf edən texnologiya sənayesində karyeraya sürətli başlanğıcla təmin edəcək.
“Skillwill”də həmçinin təqaüdlə oxumaq mümkündür. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində gənclər xüsusi hazırlanmış imtahandan uğurla keçdikləri halda “Sıfırdan proqramlaşdırma” kursunda 100 % təqaüdlə təhsil ala biləcəklər. “Technest” Təqaüd Proqramının əsas məqsədi ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.
“Skillwillin” hədəfi texnologiya sahəsinə maraqlı gənclərin qarşısında duran baryerləri aşmaqdır, yəni tələbələrimizə Azərbaycan dilində sərfəli proqramlaşdırma kurslar təklif etməkdir. Amma “Skillwill” yalnız bilik ötürmür, məqsədimiz həm də tələbələrin texnologiya sahəsində mütəxəssisə çevrilməsidir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə olan təqaüd tərəfdaşlığımız və onların bizə inamı komadamızı daha da həvəsləndirir. Yerli şirkətlərlə əməkdaşlığımız vasittəsilə isə istedadlı məzunlarımıza işə başlamaqda kömək edirik. Bu da bizi məqsədimizə daha da yaxınlaşdırır”, – “Skillwill”in direktoru Səbinə Əmiraslan bildirib.
“Skillwill”in “Sıfırdan Proqramlaşdırma” onlayn kursları texnologiyaya həvəsli, bu sahədə karyera qurmaq istəyənlər üçün xüsusi olaraq hazırlanıb. Bu kursda dərslərə başlamaq üçün öncədən heç bir proqramlaşdırma biliklərinə ehtiyac yoxdur. Aydın şəkildə hazırlanmış onlayn dərslər, daim mentorların dəstəyi və praktiki məşğələlərlə “Sıfırdan Proqramlaşdırma” kursunu bitirən tələbələr Junior Web Developer (Kiçik veb tərtibatçı) kimi işə başlaya biləcək.
“Skillwill” Azərbaycan bazarına daxil olmaqla regionda onlayn təhsili yeni müstəviyə çıxarır. Rəqəmsal dövrdə İT sahəsində onlayn təhsili daha effektiv və əlçatan etməklə, gənclər arasında təməl rəqəmsal savadlılığın yayılmasına və bununla da onların məşğulluq imkanlarının artmasına səbəb olur.