fbpx

Slovakiya baş nazirini güllələyən şəxsin kimliyi bəlli oldu


Slovakiya baş naziri Robert Fitsoya atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintulanın olduğu məlum olub.

BEY.AZ xəbər verir ki, o, liberal “Proqressiv Slovakiya” partiyasının tərəfdarıdır. Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini açıq şəkildə ifadə edib.

Hazırda Fitso əməliyyat olunur. Onun partiyasının nümayəndələrinin fikrincə, qarşıdakı saatlar həlledici olacaq.

Sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.

***

Slovakiyanın Baş naziri Robert Fitso atışma nəticəsində güllə yarası alıb və xəstəxanaya aparılıb.

BEY.AZ xəbər verir ki, hadisə paytaxtdan 150 kilometr şimal-şərqdə yerləşən Handlova şəhərində baş verib. Hadisə yerində olan şahidlər bir neçə atəş səsindən sonra yaralanan Baş nazirin mühafizəçiləri tərəfindən yerdən qaldırılaraq maşına mindirildiyini görüb.

Qeyd olunub ki, hadisə ilə bağlı bir nəfər polis tərəfindən saxlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın