Sloveniyanın baş naziri Netanyahunu tənqid etdi
Sloveniyanın baş naziri Robert Qolob Bled İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza ilə bağlı siyasətini sərt sözlərlə tənqid edib.
BEY.AZ xəbər verir ki, o, Strateji Forumdakı çıxışında bildirib ki, Netenyahu yalnız hakimiyyətini təmin etmək istəyir. Sloveniyanın baş naziri Qəzzadakı qətliamlara diqqət çəkib. Robert Qolob Bledin sözlərinə görə, Netenyahu hakimiyyətdən qalmaq üçün qətliamlar həyata keçirir.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza siyasəti və israilli məhbuslara münasibəti dünyanın gündəmindədir. Netanyahunun bəzi şərtləri qəbul etməməsi HƏMAS-la razılaşmanın əldə olunmasına mane olur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |