fbpx

SOCAR 2023-cü ilin maliyyə göstəricilərini açıqladı

Rüya Yorumları burda


Qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub.

BEY.AZ-ın SOCAR-a istinadən verdiyi məlumata görə, 2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2 milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.

Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumi aktivləri 72 milyard manat təşkil edib. Bu xüsusda, şirkətin uzunmüddətli aktivləri 3,4 % artımla 49 milyard manata, cəmi kapitalı 4,5 % artaraq 34,8 milyard manata yüksəlib.

Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32,4 % azalaraq 19,6 milyard manat, uzunmüddətli öhdəlikləri 5,3 % azalaraq 17,6 milyard manat, ümumi öhdəlikləri isə 21,9 % azalaraq 37,1 milyard manat təşkil edib.

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu