SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşdü
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleksey Çernişov ilə görüşüb.
Bu barədə BEY.AZ-a SOCAR-dan bildirilib.
Görüşdə tərəflər neft-qaz sənayesində əməkdaşlığın perspektivlərini, o cümlədən Azərbaycan qazının Ukraynada saxlanması imkanlarını müzakirə edib, enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.