fbpx

ŞOK İDDİA: Putinin striptiz salonunun görüntüləri yayıldı

BEY MEDIA İnformasiya agenti xəbər verir


Rusiya müxalifətinin lideri Aleksey Navalnının internet səhifəsində prezident Vladimir Putinə məxsus olduğu irəli sürülən Qara dəniz sahillərindəki sarayı ilə bağlı yeni fotolar yayılıb.

Metbuat.az xəbər verir ki, xəbərdə saraydakı striptiz salonun görüntüləri paylaşılıb. Müxalifət liderinin komandası tərəfindən ilk dəfə paylaşılan fotolarda səhnədəki rəqs dirəyinin olması diqqət çəkir. Sarayda həmçinin qumarxana və əyləncə mərkəzi olduğu irəli sürülür. Qeyd edək ki, bundan əvvəl saraydakı striptiz salonu olduğu iddia edilən salonun komputerlə düzəldilmiş forması yayılmışdı.

Qara dəniz sahillərindəki sarayın 1,3 milyard dollara başa gəldiyi irəli sürülür. Sarayın ilk dəfə görüntüləri ötən il yayılmış və qısa müddət ərzində 20 milyondan çox izlənmişdi.

Vladimir Putin sarayın özünə və yaxın qohumlarına məxsus olduğunu təkzib edib.

Putinə yaxınlığı ilə bilinə milyarder Arkadi Rotenberq bildirib ki, saray özünə məxsusdur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin