fbpx

ŞOK İDDİA! Uşaq üçün dərman aldılar – GÖRÜN NƏ ÇIXDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb. Bu, həmin uşağın nənəsinin iddiasıdır.

Metbuat.az xəbər verir ki, Şövkət Məmmədova “Xəzər Xəbər”ə müraciət edərək bildirib ki, uşağa bu dərmanı verəndən sonra uşağın halı pisləşib və öyüməyə başlayıb.

Bu zaman uşaq 10 saat əvvəl qəbul etdiyi dərmanı olduğu kimi qaytarıb. Sahə həkimi də bu faktı təsdiqləyib.

Rüya tabirlerini burdan oku

12 yaşlı epilepsiya xəstəsi olan Şəhla Ağazadənin nənəsi Şövkət Məmmədova iddia edir ki, nəvəsi üçün adlığı dərman saxtadır. Onun sözlərinə görə, nə az nə çox, düz 9 ildir bu dərmanı istifadə etsələr də, saxta olduğunu yeni müşahidə ediblər. Uşağa dərmanı verdikdən bir neçə saat sonra dərman bədəndə ərimədən olduğu kimi ifraz olunduğunu görüb.

Şövkət Məmmədova deyir ki, sahə üzrə təyin olunmuş həkimin köməyi olmasaydı, körpənin durumu daha ağır ola bilərdi. Sözügedən həkim Nadejda Kazımova isə bildirdi ki, uşağa verilən dərman əslində rezin olub.

Məsələ ilə əlaqədar dərmanın alındığı aptekin rəhbəri ilə əlaqə saxladıq. “Xəzər Xəbər”ə bildirildi ki, dərman bütün rəsmi nəzarət proseslərindən keçib.

Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb araşdırılacaq.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu