fbpx

Son 2 ayda Yasamalda narkotikə görə 50 nəfər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Paytaxtın Yasamal rayonunda iyun-iyul aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 50 nəfər saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə digər növdən olan qətimkan tədbirləri seçilib.

Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 37 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.

“Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin