Son 20 gündə Bakıda narkotikə görə 30 nəfər saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Onlardan ümumilikdə 29 kiloqram 900 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Əməliyyatlar nəticəsində saxlanılanlardan biri narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs olub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Həmçinin qeyd edilən dövr ərzində keçirilən profilaktik-nəzarət tərbirləri nəticəsində Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən narkotik vasitə istifadəçilərinin toplaşdığı yarımtikili də nəzarətdə saxlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.