fbpx

Son 20 ilin ən güclü maqnit qasırğası başlayıb

Son 20 ilin ən güclü maqnit qasırğası başlayıb – Bunları mütləq edin!

Yerdə ən yüksək sayıla biləcək (G4) maqnit qasırğası başlayıb. Bu cür təbiət hadisəsi son dəfə 20 il əvəvəl müşahidə olunub. 

BEY.AZ BAKU.WS-ə istinadla xəbər verir ki, (SWPC) Kosmiki Proqnozlar Mərkəzinin alimlər buna səbəb kimi Günəşdə bir neçə enerji atımını göstərirlər. Güclü maqnit qasırğasının həftəsonu davam edəcəyi gözlənilir.

Maqnit qasırğası mayın 10-u gecədən başlayıb və istirahət günləri davam edəcək. Alimlər Günəşdə ən azı yeddi partlayış qeydə alıblar. Günəşdə həmçinin Yerin diametrindən 16 dəfə böyük olan ləkə də yaranıb. Gələcəkdə bu ləkənin də əlavə aktivliyə səbəb olacağı deyilir.

SWPC mütəxəssisləri buna bənzər təbiət hadisəsini 2003-cü ildə müşahidə etdiklərini deyirlər. Alimlər prosesin bu günlər ərzində naviqasiya, enerji sistemlərinin işində problem yaranacağını, həmçinin quşlar və heyvanlarının miqrasasiyasına mənfi təsir edə biləcəyini bildirirlər.

İnsanlara gəldikdə isə alimlər meteohəssas insanların çoxlu istirahət etməsi, stressdən uzaq durması və həddindən artıq fiziki yüklənmələrinə yol verməməyə çağırır. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu