Son beş ildə AQTA 9 027 yoxlama keçirib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı dövrdən indiyədək (son 5 ildə) 9 027 yoxlama həyata keçirib.
Metbuat.az bildirir ki, bu barədə qurumun 5 illik yubileyi ilə bağlı keçirilən tədbirdə məlumat verilib.
Qeyd olunub ki, nəzarət tədbirləri nəticəsində təkrar yoxlama aparılan 600-dən çox müəssisə sağlamlaşdırılıb. Uyğunsuz nəticələr aşkarlanan yoxlamaların payı 89 faizdən 69 faizə qədər azalıb.
Həmçinin, diqqətə çatdırılıb ki, Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə ixrac edilən fındıq məhsullarında aflatoksin aşkarlanması ilə bağlı daxil olan bildirişlərin illik sayı 2 dəfədən çox azalıb.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən Azərbaycandan pomidor və alma məhsulunun ixraci ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər tamamilə aradan qaldırılıb. Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət və atların manqo xəstəliyi ilə əlaqədar respublikamızdan Qazaxıstana at ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Son #beş #ildə #AQTA #yoxlama #keçirib