fbpx

“Son Brüssel görüşü “həyəcan təbili” çalacaq qədər ciddi məsələ deyil”


Son dövrlər Qərbin Cənubi Qafqazda sabitliyi pozmaq, vəziyyəti gərginləşdirməyə çalışmaq niyyəti daha bariz formada özünü biruzə verir.

Vəziyyəti analiz edən siyasi analitiklər düşünür ki, son Brüssel görüşünün nəticələri hadisələrin başlanğıcı sayıla bilər. Bu barədə BEY.AZ-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Fransa, Amerika, Almaniya, İngiltərə kimi dövlətlərin Cənubi Qafqaza müdaxilə etmələrindən Nikol Paşinyanın Ermənistanı heç vaxt narahat ola bilməz. Əksinə bunu çox arzulayırlar.

Bir müddətdir Ermənistan mətbuatında müxalifyönlü ekspertlərinin “həyəcan təbili” çalmaları inandırıcı hesab etməyən ekspert vurğulayıb ki, Paşinyan və komandası Fransa başda olmaqla Qərbin iri gücləri Cənubi Qafqazda sabitliyi pozmağa cəhd etsələr də, heç nəyə nail ola bilməyəcəklər:

“Məsələ ondadır ki, o güclərin bu regionda təsirlərinin artmasına Rusiya imkan verməz. Daha sonra qardaş Türkiyə bu məsələnin qarşısında sona qədər müqavimət göstərəcəkdir. Hər şeydən öncə Cənubi Qafqazın güclü dövləti Azərbaycan ikinci Qarabağ savaşından sonra bu günə qədər Ermənistanın yanında olan Fransanın regionda söz sahiblərindən biri olması ilə barışmayacaqdır.

Brüsseldəki üçtərəfli görüşün tərəflərindən biri olan Amerika və Almaniyanın Ermənistandan maşa kimi istifadə etməsi bütün dünyaya bəllidir. Onlar lazım gələndə İrəvandan istifadə edir, ehtiyac olmayanda Ermənistanı ortada tək qoyurlar.

Rusiya da lazım gələndə Ermənistandan istifadə edirdi, amma 2020-ci ildə Paşinyan böyük həvəslə Qərbə tərəf yürüdüyü zaman Moskva bir qulaqburması ilə Ermənistanı meydanda tək qoydu. Nəticədə, işğal etdiyi əraziləri güclü Azərbaycan ordusu öz şücaəti ilə azad etdi. Düşünürəm ki, indi də eyni durum yaranacaq. Qərb Cənubi Qafqaza girməyin yolunu Ermənistanda gördüyü üçün ondan istifadə edir. Çünki, Azərbaycan vasitəsilə bunun mümkünsüz olacağına tam əmindirlər”.

Siyasi təhlilçi Brüssel görüşündən o qədər də narahat deyil. O düşünür ki, bu görüşə böyük ümidlərlə gedən Paşinyan milyardlar və Azərbaycan əleyhinə qərarların qəbul olunacağına ümid edirdi:

“Amma bunların heç biri baş vermədi. Görüşdən öncə Amerikanın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə hesabat xarakterli zəng etdi, Brüssel görüşünün Azərbaycan əleyhinə olmadığını söylədi. Bu rəsmi Bakının uğuru sayılır. Qərbin Cənubi Qafqazda sabitliyi pozmaq üçün Brüssel görüşünün başlanğıc olacağı ilə bağlı narahatçılığa heç bir gərək yoxdur. Cənubi Qafqaz, Rusiya kimi böyük ölkə var. Bu ölkə də tarix boyu Qərbin bu regiona gəlməsinin qarşısında durub. Sözsüz ki, Ukrayna savaşı da burada ciddi rol oynayır. Amma o savaşda da indiki vəziyyətdə Rusiya heç də məğlub kimi görünmür. Qərb də əvvəlki dəstəyi Ukraynaya vermir. Bəziləri düşünür ki, Ukrayna savaşı Qərbin Cənubi Qafqaz niyyətlərinin reallaşıb-reallaşmamasında həlledici amillərdən biri ola bilər. Orada da Rusiyanın tam şəkildə məğlub olacağı görünmür. Çünki, heç Qərbə də tam məğlub Rusiya deyil, zəifləmiş Rusiya lazımdır. Rusiya da nə qədər zəifləsə də, Qafqazda Qərbin qarşısında duracaq gücdə olacaqdır. Burada daha bir qeyd olunası fakt şimal qonşumuzla yaxın əməkdaşlıq edən güclü, NATO-nun ikinci ölkəsi Türkiyə də var”.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin