fbpx

SON DƏQİQƏ! Azərbaycanda karantin rejimi yumşaldıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabahdan Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il 6 mart tarixindən etibarən aşağıdakılara icazə verilir:

Rüya tabirlerini burdan oku

– dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna;

– dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə;

– bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;

– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə; 5. masaj xidmətlərinin göstərilməsinə;

– sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə;

Eyni zamanda aşağıdakı məhdudiyyətlər ləğv edilir:

– mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti;

– şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti;

– ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət;

-. pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;

– 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti;

– dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu