SON DƏQİQƏ! Çin ordusu Tayvan ərazisinə raket zərbələri endirdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Çin ordusu Tayvan ərazisinə raket zərbələri endirib.
Metbuat.az xəbər verir ki, bu barədə Tayvanın rəsmi dairələri məlumat yayıb. Məlumata görə, raketlər Tayvanın su ərazisinə düşüb. Fəsadlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Çin ordusu Tayvan ətrafında təlimlər keçir. Təlimlər zamanı döyüş mərmilərindən istifadə edilir. Təlimlərin əraziləri elə seçilib ki, Tayvan tamamilə mühasirədə qalıb. ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında gərginlik yaradıb. ABŞ, İndoneziya, Avstraliya və Sinqapur orduları isə Çinə cavab olaraq Sumatra adasında təlimlər keçir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.