fbpx

SON DƏQİQƏ! Putinin xaç atasının milyonluq sərvəti satılır: Pulu Ukraynaya veriləcək

“Putinin xaç atası” Viktor Medvedçukun Royal Romance yaxtası Xorvatiyada hərracda satılacaq.

Bu barədə  yerli məhkəmə qərar verib.

BEY.AZ xəbər  verir  ki, “The Guardian” Ukraynanın antikorrupsiya agentliyinə istinadən yazır ki, satışdan əldə olunan pul Ukraynaya kömək üçün gedəcək.

Medvedçukun yaxtasının satışı sanksiyaya məruz qalan iş adamının əmlakının Ukraynanın xeyrinə satılacağı ilk hadisə olacaq.

Medvedçuk 2004-cü ildə Rusiya prezidentinin xaç atası olub. Müharibə başlamazdan əvvəl son illərdə Medvedçuk mütəmadi olaraq Rusiya prezidenti ilə görüşür, Rusiyayönlü Müxalifət Platforması partiyasına rəhbərlik edirdi. Dəyəri 200 milyon avro olan 92 metrlik “Royal Romance” yaxtası mart ayında Xorvatiyada həbs edilib. Noyabr ayında ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən axtarış aparılıb. oxu24

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin