Son sutkada daha 26 nəfər virusun qurbanı oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 038 yeni yoluxma faktı qeydə alınıb, 3 324 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 775 432 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 nəfər vəfat edib. 28 461 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 683, bu günə qədər isə ümumilikdə 6 491 040 test icra olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.