fbpx

“Sonuncu pillədə olmağımız təzyiq yaradır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Psixoloji planda problemlərimiz var. Sonuncu pillədə olmağımız təzyiq yaradır”.

Metbuat.az-ın məlumatına görə, bunu “Səbail” komandasının baş məşqçisi Şahin Diniyev Şamaxıda eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, komanda birinci hissədə tam istədiyi matçı sərgiləməyib: “İlk yarıda hesabda önə keçsək də, fasilədən sonra hər şey dəyişdi. Sol cinah müdafiəçimiz sıradan çıxdı. Turan Manafovun olmaması üzündən rotasiya edə bilmədik. İkinci hissənin startında komanda sanki sıxıldı, özünəinamı itirdi. Oyunçularımız çox çalışsalar da, alınmadı. Ruhdan düşmək olmaz, irəliyə baxmaq lazımdır. Problemləri aradan qaldırıb, yolumuza davam edəcəyik. Ümid edirəm ki, getdikcə daha yaxşı oynayacağıq”.

Rüya tabirlerini burdan oku

O, qış transfer pəncərəsində yaxşı futbolçular tapa bilmədiklərini söyləyib: “Yalnız bir oyunçu ilə kifayətləndik. Daxili bazarda istədiyimiz 2 futbolçu var idi. Sadəcə, klubları buraxmadı. Təklif olunan əcnəbilər isə çox zəif idi. Legioner yerli oyunçudan fərqlənməlidir. Həmin fərqi görmürəmsə, onu komandaya götürməyi lazım görmürəm”.

Diniyevin sözlərinə görə, iki həftəlik təlim-məşq toplanışında etdiklərinin qarşılığını qısa vaxt ərzində almaq mümkün deyil: “Qığılcımlar var. Oyunumuzu tam təkmilləşdirməliyik. Antalyada gördüyüm futbolu bu gün oynaya bilmədik. Komanda ikinci hissəyə çıxanda sanki yükün altında idi, qorxu hiss olunurdu. Zamana ehtiyac var. Düşünürəm ki, ilk 2-3 turdan sonra hər şey öz axarı ilə gedəcək”.

Baş məşqçi zədəlilərin durumuna da toxunub: “Ruslan Hacıyev hardasa 1,5 aylığına sıradan çıxıb. Ağabala Ramazanov 10 günə , Turan Manafov isə 2-3 həftəyə qayıda bilər. Həkimlər səylə çalışırlar”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sonuncu #pillədə #olmağımız #təzyiq #yaradır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu