Sosial Reabilitasiya Müəssisəsində görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində keçən il və cari ilin ötən dövründə görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərilib.
Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsi 4 mərtəbəli binadan ibarətdir.
Burada üzgüçülük hovuzu, idman və akt zalları, yataq, tibb və reabilitasiya otaqları vardır.
Şöbədə müvafiq kateqoriyadan olan 5-29 yaşlı şəxslər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar.
Görmə imkanı məhdud şəxslər üçün həmçinin kompüter, xarici dil (ingilis, rus), Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq-davranış mədəniyyəti ilə bağlı təlimlər də təşkil olunur.
Onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, sosial-məsləhət yardımı da göstərilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.