fbpx

Sosial şəbəkədə və şəhərdə dilənənlər



“Sosial şəbəkələrdə artıq hamıya bir-bir yazırlar, yardım istəyirlər, saxta videolar çəkirlər. Bu, qanun pozuntusudur və belə hal olduqda polisə müraciət etmək lazımdır. Bunlar həm insanları maddi zərərə salır, həm də həqiqətən ehtiyacı olanlara yardım edilməsinin qarşısını alırlar”.

Bunu BEY.AZ-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə, bu cür insanların artmasının əsas iki səbəbi var:

“Biri sosial-iqtisadi səbəblərlə bağlıdır, digəri də mənəvi psixoloji səbəblərlə. Ölkədə sosial vəziyyət ağırlaşdıqca, işsizlik, evsizlik, yoxsulluq artdıqca insanlar məcbur olurlar. Təəssüf ki, getdikcə belələrinin sayı artır, ağır vəziyyətə düşürlər.

Digər tərəfdən bu, mənəvi deqradasiyanın nəticəsidir. Getdikcə insanlar bütün mənəvi dəyərlərini itirir, çoxları ancaq fırıldaqla, dələduzluqla, asan yolla pul qazanmaq üçün utanmaq hissini kənara qoyaraq yollarda, parklarda, müxtəlif yerlərdə yaxınlaşıb insanlardan fərqli bəhanələrlə pul tələb edirlər”.

Ekspert vurğulayıb ki, bu insanların bəziləri fırıldaqçıdır, bəziləri isə dilənçi mafiyasının üzvləridir:

“Bu halda qurunun oduna yaş da yanır. İnsanlar o qədər belə fırıldaqçılara rast gəlirlər ki, doğrudan ehtiyacı olanı seçə bilmirlər. Bu, insanlarda inamı, humanist hissləri öldürür. Belə fırıldaqçıları həbs edilməlidir, küçələrdən yığışdırılmalıdır.

Həqiqətən ehtiyacı olanlar üçün isə dövlət orqanları, xeyriyyə qurumları var, insanlar özləri də onların yaşam şərtlərini görərək yardım edə bilərlər. Dövlət proqramları, sosial layihələr olmalıdır. Fırıldaqçıları isə ifşa etmək lazımdır, bunlara pul vermək olmaz. Onların bəziləri hətta milyonerdir, xüsusi bir qrupdur, mafiyadır”.




ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin