fbpx

Sosial şəbəkə lideri “Meta” növbəti ixtisar dalğasına başlayır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Facebook” və “İnstaqram”ın sahibi “Meta” yeni bir ixtisar dalğası planlaşdırır.

Metbuat.az xəbər verir ki, bununla bağlı “Bloomberg”də məlumat yer alıb. Məlumatda bildirilir ki, şirkət bu həftə minlərlə işçisini ixtisar edəcək.

Dünyanın ən böyük sosial şəbəkə şirkəti “Meta”, daha məhsuldar olma hədəfi ilə ötən ilin noyabr ayında işçilərinin 13%-ni işdən çıxarmışdı.

Rüya tabirlerini burdan oku

Fevral ayında “Bloomberg”ə danışan mənbə bildirib ki, ilk böyük ixtisar dalğasında 11 min işçini vəzifəsindən çıxaran şirkətin hədəfləri arasında “üfüqiləşmə” hədəfi də mövcuddur. Bu hədəfə uyğun olaraq şirkət tərəfindən əhəmiyyətli görülməyən bütün işçilər ixtisar edilmişdi.

Bu dəfəki ixtisarlar isə maliyyə hədəflərinə xidmət edir və bu addımın “üfüqiləşmə” ilə əlaqəsi yoxdur.

Reklam gəlirlərində azalma müşahidə edilən və hazırda virtual reallıq platforması olan “Metaverse” dünyasına diqqəti yönəldən “Meta” rəhbərliyi şöbə rəhbərlərindən işdən çıxarıla biləcək şəxslərin siyahısını da istəyib. Bu ixtisar dalğasının önümüzdəki həftə yekunlaşacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, Mark Zukenberq 2023-cü ili “Meta” üçün “məhsuldarlıq ili” adlandırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sosial #şəbəkə #lideri #Meta #növbəti #ixtisar #dalğasına #başlayır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu