fbpx

Sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb

Rüya Yorumları burda


2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2% və ya 305,2 milyon manat artaraq 3,3 milyard manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 13,1% artaraq 2,1 milyard manatdan çox olub.

Bu barədə BEY.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% artaraq 118,2 milyon manata yaxın təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2% artıb və 88,2 milyon manatdan çox olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-iyul aylarına nisbətən 8% artaraq 578,9 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2% artıb və 406,5 milyon manatdan çox olub.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu