Şoyqu nasizmdən danışdı: “Mübarizə hərtərəfli aparılmalıdır”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Tarixin saxtalaşdırılmasına qarşı mübarizə üçün Rusiya Federasiyasının qanunvericiliyi təkmilləşdirilir. Biz SSRİ və faşist Almaniyasının İkinci Dünya Müharibəsindəki rolunun açıq şəkildə müəyyən edilməsinə görə inzibati məsuliyyəti nəzərdə tutan federal qanunun qəbulunu vaxtının çatdığını hesab edirik”.
Metbuat.az Tass-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi tarixi faktların saxtalaşdırılmasına qarşı mübarizə üçün çoxşaxəli iş aparır.
“Biz gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə böyük diqqət yetiririk. Biz gənc nəsildə doğma Vətənimizin tarixinə, onun çoxmillətli mədəniyyətinə və adət-ənənələrinə hörmət aşılamağa çalışır, ordu ilə xalqın birliyini möhkəmləndiririk” deyə Şoyqu bildirib.
Müdafiə naziri vurğulayıb ki, nasizmin istənilən təzahürü ilə mübarizə hərtərəfli aparılmalıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.