fbpx

Söyüdlüdə istismarçı şirkət mədənin fəaliyyətini dayandırır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycanda qızıl, mis və gümüş hasilatçısı olan “Azerbaijan International Mining Company’ (AIMC) Söyüdlü kəndi yaxınlığındakı tullantı gölü ilə bağlı yerli əhalinin qaldırdığı problemlərlə bağlı narahatlığını ifadə edir.

AIMC, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 11-də keçirilən müşavirədə söylədiyi fikirlərə hörmətlə yanaşır və səsləndirdiyi iradları qəbul edir . Bu iradlara cavab olaraq AIMC dərhal tədbirlər görərək məsələnin həlli istiqamətində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə yaxından əməkdaşlıq edir. AIMC Gədəbəy rayonunun Söyüdlü kəndindəki vəziyyətlə bağlı hərtərəfli araşdırma aparmaq üçün bütün maraqlı tərəflərlə, o cümlədən Azərbaycan Respublikası Baş Naziri Əli Əsədovun tapşırığı ilə yaradılmış Komissiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edir”.

Bu barədə şirkətdən Metbuat.az-a məlumat verilib. Bildirilir ki, iyulun 18-də Komissiya Gədəbəy rayonunda Söyüdlü sakinlərinə indiyədək görülmüş işlər və gələcək qiymətləndirmə planları barədə məlumat vermək üçün iclas keçirib. Bundan sonra AIMC rəhbərliyi və əməkdaşlarının iştirakı ilə kənd sakinləri ilə Komissiyanın ilkin nəticələrinin qiymətləndirilməsi üçün ayrıca görüş təşkil olunub.

Bundan əlavə, cənab Prezidentin və ETSN-in göstərişi əsasında Komissiya müvafiq araşdırma və sonrakı qiymətləndirmə prosesində ekspertizasından və dəstəyinindən istifadə etmək üçün geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən “Micon International” (Micon) şirkəti ərazidə monitorinq keçirməsi üçün cəlb edib. 1 avqust 2023-cü il tarixində başlanacaq araşdırmaya qədər mədəndə əməliyyatlar davam edəcək. Bu tarixdən sonra isə altı həftə ərzində planlaşdırılan monitorinqin nəticələrinə qədər müəssisənin fəaliyyəti dayandırılacaq.

Sözügedən tədbirlərlə əlaqədar, AIMC həmçinin tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti “Knight Piesold” ilə ETSN-nin sorğusuna uyğun olaraq tullantıların idarə olunması məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlayıb.

AIMC uzun illərdir Azərbaycanda göstərdiyi fəaliyyəti dövründə şəffaflıq və ən qabaqcıl təcrübələrin tətbiqi prinsiplərinə hər zaman sadiq olduğunu bildirir. Şirkətin əməliyyatlarında sağlamlıq və ətraf mühitin mühafizəsi məsələləri hər zaman yüksək prioritet təşkil edib.

Buna görə də AIMC ETSN-nin təhlükəsizlik tövsiyələrinə riayət olunmasını təmin etmək üçün müfaviq addımları atmağa və dövlət qurumları və maraqlı tərəflərlə əməkdaşlığadavam edəcək.

AIMC Azərbaycanın qeyri-neft sektorunda ən böyük ixracatçı və mədənçıxarma sektorunda ən böyük birbaşa xarici investor kimi öz mövqeyini qürurla qoruyur. AIMC Azərbaycanda 1600-dən çox tamştatlı iş yeri yaradıb. Qeyd edək ki, işçilərin yalnız 42-ni xarici mütəxəssislər təşkil edir. Yerli işçi qüvvəsinə gəldikdə, AIMC ölkə daxilində yerli istedadların inkişafını fəal şəkildə dəstəkləyir və bunu davam etdirəcək. Sosial məsuliyyətə sadiqliyinə uyğun olaraq, AIMC tezliklə üç illik əhatəli korporativ sosial məsuliyyət strategiyasını işləyib hazırlayacaq.

AIMC Azərbaycan Respublikası Hökuməti ilə “R.V. Investment Group Services LLC” (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis layihələrinin kəşfiyyatı, idarəedilməsi və hasilatın pay bölgüsünü əhatə edən əməliyyatlar üzrə faəliyyət göstərən şirkətidir. Onun portfelinə istismarda olan Qoşa və Gədəbəy mədənləri daxildir. Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində layihələr 51 faiz paya malik olan Azərbaycan Respublikası Hökuməti ilə tərəfdaşlıq şərtləri əsasında həyata keçirilir.

AIMC şəffaflığa, açıq ünsiyyətə və dayanıqlılıq təcrübələrə tam sadiqdir, çünki Şirkət mövcud vəziyyətin həlli və yerli ictimaiyyətin rifahının və ətraf mühitin uzunmüddətli qorunmasının təmin edilməsi istiqamətində çalışır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Söyüdlüdə #istismarçı #şirkət #mədənin #fəaliyyətini #dayandırır

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin