Stadionda dəhşət yaşandı: Çox sayda ölü və yaralı var
BEY.AZ informasiya agentliyi xəbər verir
Meksikada Queretaro və Atlas futbol komandaları arasında baş tutan qarşılaşma zamanı yaşanan toqquşma nəticəsində ölənlərin sayı 18-ə çatıb. 20-dən çox yaralı var.
Metbuat.az xəbər verir ki, hadisəyə səbəb meydan sahiblərinin tərəfdarlarının qonaq azərkeşlərə hücum etməsi olub. Hadisə zamanı odlu silahdan da istifadə edilib.
Rəsmi dairələr hadisənin baş verməsinə görə, stadionun təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıyanları ittiham edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.