Stoltenberq Ərdoğana cavab verdi – “Tarixi an olacaq”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Türkiyənin dilə gətirdiyi narahatlıqları Finlandiya və İsveçin NATO-ya üzv olmaq prosesini gecikdirməyəcək şəkildə müzakirə edəcəyimizə əminəm”.
Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib:
“NATO-ya qoşulmaq barədə qərar vermək onların suveren hüququdur. Qərarlarına hörmət edəcəyik. Finlandiya və İsveçin üzv olmaq barədə müraciət etməsi tarixi an olacaq. Türkiyə bəzi narahatlıqlarını dilə gətirdi. NATO hər zaman olduğu kimi narahatlıqlar olanda masaya oturur. Üzv olmaq məsələsində necə hərəkət edəcəyimiz barədə ortaq mövqeyə və fikir birliyinə gəcələyimizə əminəm”.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Yunanıstanı misal çəkərək Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadıqlarını ifadə edib:
“Bizdən əvvəlki rəhbərlik Yunanıstanla bağlı NATO məsələsində səhv qərar verdi. Yunanıstanın NATO-ya güvənərək Türkiyəyə qarşı davranışlarını bilirsiniz. Bu məsələdə Türkiyə olaraq ikinci dəfə səhv etmək istəmirik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.