Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatına start verilib.
Metbuat.az xəbər verir ki, yarışın ilk günündə oğlanlardan ibarət Azərbaycan seçməsi Sloveniya kollektivi üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Komandamız sabah Avstriya millisi ilə üz-üzə gələcək.
İlk oyunda Yunanıstan seçməsinə 1-3 hesabı ilə uduzan qızlardan ibarət milli isə, ardınca Monteneqro komandasına qalib gəlib – 3:0. Qrup mərhələsində növbəti rəqib İsveç kollektivi olacaq.
Mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər.
Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da Avropa birinciliyində ölkəmizi təmsil edirlər.
Yarışa iyulun 16-da yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.