fbpx

Stresdən azad olmaq üçün bu çayı için

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Gül suyu qızılgülün ləçəklərindən hazırlanır. Gül bir çox xəstəliklərin dərmanı olmaqla yanaşı, bir çox yemək və içkilərdə istifadə edilən bitkidir. Xoş qoxusu və təravətləndirici xüsusiyyəti ilə insanların ruhunu oxşayır. Tərkibi A və C vitaminləri, pektin, alma və limon turşuları, antioksidantlar və digər faydalı maddələrlə zəngindir.

Metbuat.az xəbər verir ki, gülün ləçəklərindən əldə edilən gül suyu stresi və bədən gərginliyini minimuma endirir. Tərləməyə qarşı təsirlidir, bədəni toksinlərdən təmizləyir və təravətləndirir. Mütəxəssislər hər zaman gül suyundan bir qaşıq çaya əlavə etməyi tövsiyə edir. Qızılgül çayı bağırsaqları təmizləyir, eyni zamanda ürək bulanmasına qarşı təbii dərman rolunu oynayır.

Qarqara etdikdə diş ağrılarını və ağız yaralarını sağaldır. İmmunitet sistemini gücləndirir, yuxu problemlərinə yaxşı təsir edir.

Rüya tabirlerini burdan oku

Qızılgül suyu bədənimizin ən vacib vitaminlərindən biri olan C vitamini ilə zəngindir. Antioksidant tərkibli olduğundan ağ qan hüceyrələrinin istehsalını stimullaşdırır və oksidləşdirici stresi effektiv şəkildə azaldır.

Tərkibində A və E vitaminləri olan qızılgül suyu dəri problemlərini azaltmağa kömək edir. Dərini nəmləndirir, qırışları tədricən azaldır. Antiallergik təsirə malik olan qızılgül suyu allergik nahiyələrə çəkildikdə qıcıqlanmalara və dərini yumşaltmağa kömək edir. Sızanaqlı və ləkəli dəriləri aydın şəkildə təmizləyir. Davamlı istifadə edildikdə cazibədar və gənc görünən yumşaq, hamar və parlaq bir dəri yaradır.

Əsəbləri sakitləşdirməyə kömək edir. Stresli vəziyyətlərin öhdəsindən gəlmək və emosional daxili sakitlik üçün bir fincan qızılgül çayı idealdır. Tədqiqatlar göstərir ki, müntəzəm olaraq qızılgül çayı istehlak edənlərin sinir sistemi problemlərindən – yuxusuzluq, xroniki yorğunluq, əsəbilik, depressiya, narahatlıq kimi kompulsif vəziyyətlərdən əziyyətçəkmə ehtimalı azdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Stresdən #azad #olmaq #üçün #çayı #için

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu