Sudanda vəba epidemiyası səbəbindən ölənlərin sayı 388-ə çatdı
Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 388-ə çatıb.
BEY.AZ xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, vəba epidemiyası ölkədəki 18 əyalətdən 10-da yayılıb.
Açıqlamada, ümumi yoluxma sayının 12 min 896-ya yüksəldiyi, vəba səbəbiylə həyatını itirənlərin sayının isə 388-ə çatdığı bildirilib.
Sudanda iyun ayından bəri yağan güclü yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |