Sudanda vətəndaş müharibəsi davam edir
BEY.AZ informasiya agentliyi xəbər verir
Sudanda ordu ilə xüsusi təyinatlılar arasında toqquşmalar nəticəsində 100-ə qədər insan həlak olub. 1000-dən çox yaralı var.
Metbuat.az xəbər verir ki, ordu xüsusi təyinatlıların nzəarətində olan bir sıra hərbi bazaları ələ keçirib. Bildirilir ki, paytaxtda Xartumdakı beynəlxalq hava limanı, eləcə də şimaldakı Maravi və Ubaid hava limanları, Prezident Sarayı, paytaxtdakı ordu qərargahı və dövlət televiziyası ətrafında toqquşmalar intensivləşib. Sudan ordusu mülki vətəndaşların ərazidən uzaqlaşması üçün dəhlizlər yaradılacağını açıqlayıb.
Bununla belə bildirilib ki, üsyançı milislər atəş açarsa, ordu cavab verəcək. Qeyd edək ki, tərəflər arasında toqquşmalar milislərin tamamilə orduya qatılmasını nəzərdə tutan hərbi təhlükəsizlik reformu mövzusundakı fikir ayrılıqlarından sonra başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sudanda #vətəndaş #müharibəsi #davam #edir