Süfrədə telefon istifadə etməyin – Bu zərərləri var
Ekspertlər sosial mediada paylaşım üçün yemək masasında telefon istifadəsinin ciddi təhlükələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
BEY.AZ xəbər verir ki, Chester Universitetinin araşdırmaçısı telefonların yemək masasına yayıla biləcək zərərli mikrobları daşıdığını bildirib. Bu mikroblar arasında bağırsaq infeksiyalarına, qida zəhərlənmələrinə və hətta dəri xəstəliklərinə səbəb olan bakteriyalar mövcuddur. Mütəxəssisin bildirib ki, bu mikroblar əsasən ishal, qusma və mədə-bağırsaq narahatlıqları yaradır. Zəif immun sisteminə malik şəxslərdə sepsis və ya sətəlcəm kimi ciddi infeksiyalara da səbəb ola bilər.
Telefonlarınızda hansı növ və nə qədər mikrob olduğu işlədiyiniz sahə və telefonu saxladığınız yerlərdən asılıdır. Məsələn, tibb işçiləri təhlükəli bakteriyalarla daha çox təmasda olduqları üçün bu mikroblar onların telefonlarında artıb çoxala bilir. Lakin tibb sahəsində çalışmayan insanların telefonları da təhlükəsiz deyil. Ən çox rast gəlinən bakteriyalar isə qida zəhərlənməsi və mədə problemlərinə səbəb olan E. coli və fekal streptokoklardır.
Dr. Nay əlavə edib ki, telefonlarda bu mikrobların yaranmasına əsas səbəb öz əllərimizdir: “Əllərimiz hər gün təxminən 150 fərqli səthə toxunur. İşə gedib-gələn biri üçün bu rəqəm daha da artır.” Xüsusilə tualet kimi yerlərdə telefon istifadəsi vəziyyəti daha da pisləşdirir. Əllərimizi tez-tez yusaq da, telefonlarımız eyni təmizliyə məruz qalmır.
Telefonunuzu necə təmizləməlisiniz?
Telefonu söndürün və qılıfını çıxarın.
Telefon qılıfını ilıq sabunlu su ilə yuyub tam qurumağa qoyun.
Telefonun xarici səthini tiftiksiz bir parça ilə silin və girişlərdəki tozları taxta kürdanla təmizləyin.
Telefonun səthini %70 izopropil alkollu salfetlə və ya yüngülcə nəmləndirilmiş parça ilə silin. Düğmə və hoparlör deliklərinin ətrafında diqqətli olun.
Heç vaxt təmizləyicini birbaşa telefona püskürtməyin və giriş nöqtələrinə mayenin daxil olmasına yol verməyin.
Mikrobların yayılmasını azaltmaq üçün əllərinizi mütəmadi yumağı və mümkün qədər yemək masasında telefonu istifadə etməməyi tövsiyə edirik.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |