fbpx

Sülh müqaviləsindən sonra Paşinyan gedir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Qərb ölkələri Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra hakimiyyətdən uzaqlaşdırmaq barədə düşünürlər. Hətta Paşinyanın yerinə keçəcək namizədin axtarışına da başlanılıb”.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Past” nəşri çıxış edib. Nəşrin yayımladığı məqalədə bildirilib ki, hazırda Moskvada da bu məsələ ilə bağlı müzakirələr gedir.

Bəs Paşinyanın yerinə gələcək şəxs Azərbaycanla münasibətlərdə nə qədər sülhyönümlü olacaq?

Bu barədə Metbuat.az-ın sualını cavablandıran politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, bu iddianın atılması elə Rusiya kəşfiyyatının işidir.

Rüya tabirlerini burdan oku

Məhəmməd Əsədullazadə

“Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin bağlanması mümkünlüyünü qeyd etməsi əlbəttə ki, aparılan danışıqlar prosesinin tərkib hissəsidir. Görünür, müəyyən irəliləyişlər də var. Hazırda Ermənistan əhalisi də Paşinyanı dəstəkləyir. Qərb ölkələri isə bu prosesdə Nikol Paşinyana siyasi təhlükəsizlik üçün zəmanət də verə bilər. Hətta ABŞ və Fransa səfirliyində Paşinyanın şəxsi təhlükəsizliyini, dövlət çevrilişinin qarşısını alacaq qüvvələrdə olması istisna deyil. Düşünürəm ki, Rusiyanın Paşinyanı devirəcək qədər gücü artıq yoxdur”.

Qərbin Paşinyana xələf axtarışında olmadığını ifadə edən politoloq hesab edir ki, hazırda onlara sərf edən Paşinyanın Rusiyaya qarşı meydanda olmasıdır.

“Rusiyanın isə bu kimi mətbuatda propaqanda xarakteri xəbər yayması yalnız sülh prosesinə mane olmaq, Paşinyanı və elitasını qorxutmaqdan ibarətdir. Kreml istəyir ki, Ermənistanda xaos vəziyyəti yaransın və tək köməyin də Rusiyadan olacağı düşünülsün. Əgər Nikol Paşinyan sülh müqaviləsinin sənədinə imza atacaqsa, təbii ki, müəyyən lokal etirazlar ola bilər. Amma bu, Nikol Paşinyan hakimiyyətdən getməsi ilə nəticələnməyəcək. Ümumiyyətlə, Qərb də ona qarşı hər hansı bir alternativ üzərində işləmir. Çünki bu prosesdə Nikol Paşinyanı qorumağa çalışır”.

STM-nin sektor müdiri, politoloq Tural İsmayılov da düşünür ki, Paşinyanın sülh prosesində atacağı addımlar ən birinci Rusiyanı narahat edir. Politoloq Metbuat.az-a açıqlamasında bildirdi ki, Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı təsir aləti kimi istifadə etməyə çalışan Fransa, İran kimi qüvvələr də Paşinyanın sülhlə bağlı çağırışlarına qıcıqla yanaşır.

Tural İsmayılov

“Buna görə də Paşinyana qarşı artıq daxildən müəyyən etirazlara start verilibdir və bu etirazlarda əsas məqsəd Ermənistanda ictimai siyasi mühitində xaos yaratmaqdır. Ötən həftə Nikol Paşinyanın oğlu Aşot Paşinyana qarşı baş verən hadisənin də bu fonda dəyərləndirilməli olduğunu düşünürəm. Paşinyanın belə etirazlar qarşısında istefa verməyəcək. Çünki o, nə qədər uğursuz baş nazir olsa da, eyni zamanda Ermənistan cəmiyyəti ona alternativ olanların daha bədbəxt olduğunu düşünür. Məhz bu səbəbdən də Nikolun hakimiyyətdən getməyi onlara sərf etmir”.

Tural İsmayılov qeyd etdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycanla sülh prosesinə gəlməyi məcburidir. Çünki Azərbaycan qalib tərəf kimi Ermənistana şərtləri diqtə edir.

”Bizim şərtlərimizdən kənara çıxmaq mümkün deyil. Rusiya bu məsələdə seyirci qalmayıb, istənilən vasitə ilə paşinyanı devirməyə çalışır. Rusiyanın Anti-Paşinyan ritorikası günü bu gün də davam edir. Vaşinqtonun və Brüsselin Azərbaycan və Ermənistan arasındakı sülh prosesində iştirakı daha da fəallaşarsa, Rusiyanın təsir imkanları minimallaşa bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülh #müqaviləsindən #sonra #Paşinyan #gedir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu